Previous Next
Bağla

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018 14:24
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət-in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə Mərakeş Krallığında səfərdədir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun məqsədi dövlət sektorunun islahatı və təkmilləşdirilməsi, idarəetmə bacarıqlarının artırılması və elektron idarəçiliyin inkişafı məqsədi ilə Azərbaycanın ASAN xidmət təcrübəsi əsasında əməkdaşlıq və mübadilə üçün hüquqi çərçivənin yaradılmasıdır.

Bununla yanaşı, forum çərçivəsində “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün liderlik bacarıqlarının və düşüncə tərzinin dəyişdirilməsi” mövzusunda təşkil olunan sessiyada ASAN xidmət barədə təqdimat edilib. ASAN təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Nümayəndə heyəti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan ASAN xidmət mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə təqdimat edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Rabat şəhərində sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşüb. Görüş zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi ilə yaradılan ABAD (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Həmçinin qurumlar arasında qeyd edilən sahə üzrə geniş təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub. Dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı prosedurların sürətləndirilməsi qərara alınıb.

Forumun ilk günündə nümayəndə heyəti Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader və İndoneziyanın inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə də görüş keçirib, əməkdaşlıq
perspektivlərini geniş müzakirə edib.

Xatırladaq ki, ASAN xidmət 2015-ci ildə BMT dövlət xidmətləri mükafatına 1-ci yerlə layiq görülüb. Nümayəndə heyətinin Forumda iştirakı davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
İndoneziya ASAN xidmət modelini seçib-Foto

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019
 "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025
Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025
“ASAN xidmət” modeli Ruandada tətbiq ediləcək

“ASAN xidmət” modeli Ruandada tətbiq ediləcək

30-06-2025
“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019
ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019
Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019
BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019
Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020
ASAN xidmət  qlobal forumda təqdim olunub

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016
“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025
"ASAN xidmət" ilə Seneqal arasında Anlaşma Memorandumu təsdiqlənib

"ASAN xidmət" ilə Seneqal arasında Anlaşma Memorandumu təsdiqlənib

23-07-2025
ABAD xaricdə təqdim edilib-Foto

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017
Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025
Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016
“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015
Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə