Previous Next
Bağla

Prezident ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı sərəncam imzalayıb

06-09-2016 09:10
Prezident ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı sərəncam imzalayıb

 Azərbaycan Prezidenti İlham Əliyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Xeberler.az məlumat verir ki, sənəddə deyilir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanmışdır.

“ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir.

Bununla yanaşı mərkəzlərdə işləyənlərin böyük əksəriyyətini təşkil edən gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur.

Azərbaycan prezidenti qeyd olunan nailiyyətlərin əldə edilməsində “ASAN xidmət” mərkəzlərində xidmət göstərən işçilərin və könüllülərin əməyinin xüsusi rolu olduğunu nəzərə alaraq onların həvəsləndirilməsi və bu fəaliyyətin inkişaf etdirilməsi məqsədi ilə qərara lıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görsün, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bu Sərəncam 2016-cı il avqustun 1-dən qüvvəyə minir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016
İki yeni ASAN xidmət mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

İki yeni ASAN xidmət mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

06-04-2019
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012
ASAN xidmət-in işçilərinin sayı artırılıb

ASAN xidmət-in işçilərinin sayı artırılıb

17-04-2019
Kürdəmirdə tikilən ASAN xidmət üçün böyük məbləğdə pul ayrıldı

Kürdəmirdə tikilən ASAN xidmət üçün böyük məbləğdə pul ayrıldı

20-05-2019
ASAN xidmət mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

ASAN xidmət mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18-01-2017
Sabah ASAN xidmət  mərkəzləri işləməyəcək

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017
ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

25-02-2016
Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018
ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018
Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

23-09-2016
ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

01-03-2019
"ASAN xidmət" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

"ASAN xidmət" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

07-11-2025
“ASAN xidmət” beynəlxalq sertifikata layiq görülüb

“ASAN xidmət” beynəlxalq sertifikata layiq görülüb

10-12-2024
"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

07-03-2026
"ASAN xidmət" mərkəzləri iyunun 15-də fəaliyyət göstərməyəcək

"ASAN xidmət" mərkəzləri iyunun 15-də fəaliyyət göstərməyəcək

12-06-2026
ASAN-da konsulluq xidmətləri göstəriləcək - Fərman

ASAN-da konsulluq xidmətləri göstəriləcək - Fərman

16-01-2019
“ASAN Kommunal Mərkəzləri açılacaq”

“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016
Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025
Səyyar ASAN xidmət Ağdaşda

Səyyar ASAN xidmət Ağdaşda

05-02-2026
Daha iki rayonda ASAN xidmət mərkəzləri açılacaq

Daha iki rayonda ASAN xidmət mərkəzləri açılacaq

19-08-2016
Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

02-03-2020
Bu gün ASAN xidmət mərkəzlərinin fasad işıqları söndürüləcək

Bu gün ASAN xidmət mərkəzlərinin fasad işıqları söndürüləcək

30-03-2019
ASAN  xidmət modeli təqdim olunub

ASAN xidmət modeli təqdim olunub

28-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə