Previous Next
Bağla

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025 18:00
Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV beynəlxalq hüquq forumunda iştirak edib.

Xeberler.az məlumat verir ki, 800-dən artıq iştirakçının qatıldığı forum çərçivəsində 20-dən çox sessiya təşkil olunub. Ceyhun Salmanov dövlət xidmətlərinə həsr olunan panel sessiyada “ASAN xidmət” modeli və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. İnnovativ idarəetmə, vətəndaş məmnunluğu, şəffaflıq və əlçatanlıq prinsiplərinə əsaslanan “ASAN xidmət” təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Dövlət Agentliyinin nümayəndə heyəti ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi arasında ikitərəfli görüş də keçirilib. Görüşdə 2019-cu ildə imzalanmış “Özbəkistan Respublikasında Dövlət Xidmətləri Mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu”nun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il avqustun 23-də Daşkənd şəhərinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

Dövlət xidmətləri sahəsində data idarəetməsi və süni intellekt texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndələri üçün “ASAN xidmət” mərkəzlərində müvafiq sahə üzrə təlimlərin təşkili ilə bağlı razılıq əldə olunub.

Forum çərçivəsində, həmçinin “Alibaba” şirkəti və “Oxford Insights” təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, innovasiya və rəqəmsal texnologiyalar sahəsində mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

22-04-2025

“ASAN xidmət” özbək rəsmilər üçün təlim proqramı reallaşdırıb

27-11-2025

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

“ASAN xidmət”in nümayəndə heyəti Madridə səfər edib

15-05-2025

“ASAN xidmət” brendi beynəlxalq arenada təqdim olundu

05-02-2024

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025

Dövlət Agentliyinin sədr müavini Koreyada səfərdədir

04-10-2019

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

16-11-2024

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində iştirak edib

13-02-2025

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə