Previous Next
Bağla

Audiovizual Şura ilə Mərakeşin Ali Qurumu arasında Memorandum imzalanıb

18-12-2024 08:51
Audiovizual Şura ilə Mərakeşin  Ali Qurumu arasında Memorandum imzalanıb

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov dekabrın 17-də Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberler.az məlumat verir ki, görüşdə çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov cari ilin may ayında Mərakeşə səfərinin çox maraqlı və faydalı olduğunu vurğulayıb. O deyib ki, Mərakeş ərəbdilli ölkələr arasında çox vacib ölkədir və Azərbaycanla bu dövlət arasında xüsusi dostluq münasibətləri mövcuddur. Audiovizual media tənzimləyiciləri arasında bu əməkdaşlıq Audiovizual Şuraya digər ərəbdilli ölkələrlə, HACA-ya türkdilli ölkələr və Xəzər-Qara dəniz regionu ilə əlaqələrin inkişafında töhfə verəcək. Audiovizual Şuranın sədri media tənzimlənməsi və cəmiyyətin bu sahəni daha yaxşı anlaması üçün birgə fəaliyyətin vacibliyini vurğulayaraq, qarşıdakı əməkdaşlıq üçün nikbin olduğunu bildirib.

HACA sədri Lətifə Axarbaş çıxışında Azərbaycana ikinci səfərinin ona yenidən eyni xoş hisslər yaşatdığını bildirib. O, iki qurum arasında əməkdaşlığın qarşılıqlı etimada və səmimi dostluğa əsaslandığını vurğulayıb. Lətifə Axarbaş qeyd edib ki, bu səfər konkret nəticələrə nail olmaq məqsədi daşıyır və rəqəmsal texnologiyaların sürətli inkişafı ilə üzləşən media mühiti üçün təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. O, süni intellekt və media savadlılığı kimi məsələlərdə hər iki qurumun eyni çağırışlarla üzləşdiyini və ortaq fəaliyyət istiqamətləri üçün birlikdə işləmək imkanlarının olduğunu bildirib. O, bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edərək, dəvət və müzakirə üçün yaradılan fürsətə görə təşəkkür edib.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimatla çıxış edib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” sözlərini sitat gətirərək, 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edildiyini, Azərbaycanın postsovet ölkələri arasında senzuranı ləğv edən ilk ölkə olduğunu bildirib. Təqdimat zamanı Audiovizual Şuranın fəaliyyət istiqamətləri, qanunvericilik mexanizmləri, beynəlxalq və ikitərəfli əməkdaşlıq əlaqələri barədə məlumat verilib.

Görüşün yekununda Audiovizual Şura ilə HACA arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov və Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İsmət Səttarov: Audiovizual Şuranın sosial şəbəkələrə nəzarət hüququ yoxdur

İsmət Səttarov: Audiovizual Şuranın sosial şəbəkələrə nəzarət hüququ yoxdur

14-02-2025
Audiovizual Şuraya 200-ə yaxın şikayət daxil olub

Audiovizual Şuraya 200-ə yaxın şikayət daxil olub

26-12-2022
Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025
Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət yaradılıb

Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət yaradılıb

04-11-2022
Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

21-09-2023
Televiziya proqramları ilə bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

Televiziya proqramları ilə bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

14-02-2025
Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025
"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

26-12-2022
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

23-05-2025
Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023
MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

08-02-2022
“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023
Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023
“Media Savadlılığı” konfransı keçirilib

“Media Savadlılığı” konfransı keçirilib

17-12-2024
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025
Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025
Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb-Xəbərdarlıq edildi

26-12-2022
Naxçıvan televiziyası peyk yayımına başlayıb

Naxçıvan televiziyası peyk yayımına başlayıb

30-05-2025
Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

23-02-2022
Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

24-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə