Previous Next
Bağla

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025 21:48
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib.

Xeberler.az məlumat verir ki, bu barədə Şuranın bugünkü onlayn iclasında qərar qəbul edilib.

İclasda "Space TV" kanalının efirində 7, 8 və 9 iyunda yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.

"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

Audiovizual Şuranın növbəti iclası keçirilib

08-10-2025

Audiovizual Şura "Space TV"yə xəbərdarlıq edib

21-10-2025

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

Azərbaycanda yeni radio açılır

24-01-2024

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

25-05-2026

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

13-09-2025

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

Altı ayda telekanallarda 5 qanun pozuntusu aşkarlanıb

21-07-2025

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

23-02-2022

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025

Audiovizual Şura: Reklamlarda Hitlerin obrazından istifadə edilməsi qəbulolunmazdır

11-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə