Previous Next
Bağla

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025 19:55
Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

Çin Xalq Respublikasına səfər çərçivəsində iyunun 24-də Azərbaycan nümayəndə heyəti ilə Çin Xalq Respublikasının Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksək vəzifəli şəxsləri ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, Medianın İnkişafı Agentliyindən verilən xəbərə görə, görüş çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycan və Çin arasında digər sahələrdə olduğu kimi audiovizual media istiqamətində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, hər iki ölkənin audiovizual tənzimləmə siyasəti ətrafında fəal dialoq apardığını qeyd edərək, müvafiq sahədə texnoloji mübadilə, süni zəka, irihəcmli data və “5G” kimi innovativ həllərin tətbiqi, eləcə də sənayenin birgə inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib. Şura sədri həmçinin qeyd edib ki, tənzimləyici qurumlar arasında davamlı və effektiv əlaqələrin qurulması təcrübə mübadiləsini gücləndirəcək, koordinasiyalı fəaliyyətə töhfə verəcək.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov görüş zamanı media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq institusional əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmçinin bildirib ki, media mühitinin qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə sahəsində yanaşma və mexanizmlərin paylaşılması qarşılıqlı fəaliyyətin əsas prioritetlərindəndir.

Daha sonra “Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlət İdarəsi arasında Radio və Televiziya Yayımı Sahəsində Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Memorandumun məqsədi radio yayımı və televiziya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və kadr mübadiləsinin sürətləndirilməsidir.

Qeyd edilib ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Audiovizual Şura ilə Mərakeşin  Ali Qurumu arasında Memorandum imzalanıb

Audiovizual Şura ilə Mərakeşin Ali Qurumu arasında Memorandum imzalanıb

18-12-2024
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024
Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiq edilib

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiq edilib

03-09-2024
Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025
Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026
Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

16-11-2024
Naxçıvan televiziyası peyk yayımına başlayıb

Naxçıvan televiziyası peyk yayımına başlayıb

30-05-2025
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024
Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

21-09-2023
Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024
MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025
MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026
“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015
ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022
MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025
Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

23-05-2025
Böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var

Böyük platformalarda uşaqların müdafiəsinin tənzimlənməsinə təcili ehtiyac var

15-04-2025
Azərbaycanın teleradio kanalları ilə sığorta sektorunun münasibətləri müzakirə olunub

Azərbaycanın teleradio kanalları ilə sığorta sektorunun münasibətləri müzakirə olunub

09-10-2023
MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015
Media və reklam haqqında qanunlara dəyişiklik edilməsi ilə bağlı variant hazırlanıb

Media və reklam haqqında qanunlara dəyişiklik edilməsi ilə bağlı variant hazırlanıb

15-01-2025
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə