Avropa Komissiyası “Google”a qarşı ittiham irəli sürür

03-04-2015 / 13:10

Avropa Komissiyası ABŞ-ın “Google” internet şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı rəsmi ittiham irəli sürmək niyyətindədir. İttihamın yaxın həftələr ərzində qaldırılacağı gözlənilir.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumatın görə, Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin surətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir.

 Aİ hakimiyyətinin ittihamı irəli sürəcəyi təqdirdə şirkət üç ay müddətində Aİ qanunvericiliyini pozmaması ilə bağlı sübutlar təqdim etməli və ya mübahisəsinin həlli üçün yeni variant təklif etməli olacaq.

 Avropa Komissiyası tərəfindən “Google”un mövqeyi öyrənildikdən sonra yekun qərarın veriləcəyi gözlənilir. Aİ qanunvericiliyinə görə, “Google”un antiinhisar qanunvericiliyini pozması sübuta yetirilsə, şirkət Avropa Komissiyası tərəfindən illik mədaxilin 10 faizini təşkil edən məbləğdə cərimə oluna bilər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə