Avtomobil istehsalçısı mobil telefon bazarına da göz dikir

13-03-2009 / 10:00
Hollandiyanın qabaqcıl avtomobil istehsalçısı Spyker alıcılarını heyrətləndirib. Avtomobil bazarında üstün mövqelərdən birini tutan şirkət indi mobil telefon istehsal edir.

4 növdə istehsal ediləcək telefonların adı hələ bəlli deyil. Avtomobil bazarında qazandığı uğuru mobil satışında da əldə etmək istəyən şirkət məhsullarının keyfiyyətinə tam əmindir.

Belə ki, “Spyker”in kristal şüşə ekranlı telefonları indidən diqqət cəlb edib. Ən yaxşı funksiyaya sahib olan telefon GSM, UMTS/HSDPA/HSUPA bağlantılarına, Bluetooth, WiFi, 3MP kamera və kameralı görüşmələr üçün nəzərdə tutulmuş 1.3MP ön kameraya, MicroSD kart dəstəyinə malikdir. “Spyker”in satışa nə vaxt çıxarılacağı məlum deyil.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə