Nokia yeni model telefon istehsal edib. Nokia 3720 classic adlı model naviqasiyalı outdoor-cib telefonudur.
Nokia, 3720 classic-in indiyənədək istehsal etdiyi ən dayanıqlı cib telefonu olduğunu iddia edir. Telefon sıçrayan su, toz və zərbələrə qarşı dayanıqlıdır və IP-54 sənaye standartı sertifikatını alıb.
Firmanın verdiyi məlumatlara görə, 3720 classic-in ekranı 5,6 sm uzunluğundadır (2,2 düym). Telefonda nə UMTS, nə HSDPA, nə də WLAN dəstəyi var.
Şəkilləri 2 Megapiksel kamera ilə çəkir. Naviqasiya proqramı Ovi Maps, telefonda ön yüklü olaraq verilir və microSD kartı (1 GB) da var.
Telefonun bateriya müddəti çox uzundur. Üstəlik LED əl fənərinin olduğu da deyilir.
Nokia 3720-nin qiyməti 150 Avro olacaq. Modelin 2009-cu ilin payız aylarında satışa çıxarılacağı gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri