Samsung 8 meqapikselli sensor kamerafon təqdim etdi
Samsung şirkəti 8 meqapiksel kameralı ikinci mobil telefonunu təqdim etdi. Pixon adlı yeni telefon sensor idarəetmə ilə işləyir. Satışa oktyabrda çıxarılacağı gözlənilir. Onu ilk əldə edənlər Fransa sakinləri olacaq. Bu haqda Samsung-un pres-relizində məlumat verilir.
Ölçüləri 107,9x54,6x13,8 mm, çəkisi 121 qramdır. Sensor ekranın diaqonalı 3,2 düymə bərabərdir. Telefon mobil rabitənin üçüncü nəsli üçün nəzərdə tutulub və klaviaturaya malik deyil.
Fotokameranın avtofokus rejimi, eləcə də, sifətin və gülümsəmənin tanıması funksiyaları var. Şəkillərin keyfiyyətli alınması üçün təsvirin stabilizasiyası sistemi ilə təchiz olunub.
Foto ilə bərabər Samsung Pixon, 740х480 pikselli video da çəkə bilər. Yazılmanın maksimal sürəti saniyədə 120 kadrdır.
Telefon Bluetooth, TV-çıxış və microSD üçün yerlə də təmin olunub. Daxili yaddaşı 200 Mb-dır.
Samsung-un ilk 8 meqapikselli kamerası GT-i8510 bu ilin avqust ayında satışa çıxmışdı. O, slayder formasındadır və Symbian S60 3rd Edition Feature Pack 2 əməliyyat sistemi ilə işləyir.
Daha əvvəl LG şirkəti 8 MP sensor ekranlı KC910 kamerasını təqdim etmişdi. Həmin telefon da oktyabr ayında satışda olmalıdır.