Nokia şirkəti Hindistanda ən ucuz sensor ekranlı mobil telefonu istifadəçilərə təqdim edib. 5230 modeli 2009-cu ilin dördüncü rübündə 149 avro qiyməti ilə satışa çıxarılacaq. Şirkətin prezidenti Olli-Pekka Kallasvuonun sözlərinə görə, yeni model Nokia-ya sensor ekranlı mobil telefon bazarında lider olmaqda yardım göstərəcək.
3,2-düymlü sensor ekranla təchiz olunmuş 5230 modelində A-GPS modulu və HSDPA standartı üzrə genişzolaqlı mobil internet dəstəyi təqdim olunub. Həmçinin burada microSD formatlı yaddaş kartları istifadə olunur. Yeni telefonda qulaqcıqlar üçün standart 3,5 millimetrlik çıxış da nəzərdə tutulub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri