Yeni Nokia marağa səbəb oldu

31-10-2008 / 12:00
Çoxfunksiyalı mobil telefonlara maraq gün-gündən artır. Əvvəlki kimi indi də SonyEricsson, Motorola və Nokia şirkətlərinin telefon və smartfonlarına böyük tələbat var. Belə ki, yaxın zamanda Nokia E63 smartfonu telefon həvəskarlarını sevindirəcək. Bu telefon Londonda keçirilən Symbian Smartphone Show sərgisində müxbirlərin marağına səbəb olub. Smartfon  QWERTY-klaviatura, utilitar form-faktorlu monobloka malikdir. Hazırda Nokia E63 haqqında olan məlumatlara görə, QVGA displeyi ilə, 2 meqapiksel kamera ilə, Wi-Fi və Bluetooth-la, qulaqcıq üçün 3,5 mm ayırıcı ilə təchiz olunub, microSD kartları və UMTS/HSDPA şəbəkələrində işləmək imkanı var. Satışa nə vaxt çıxacağı barədə hələlik məlumat yoxdur. Qiymətinin isə Nokia E71-dən (449$) aşağı olacağı gözlənilir və yəgin ki,  Nokia E63, E71 -in “qısaldılmış” variantı olacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə