Previous Next
Bağla

Azad edilmiş ərazilərdə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək

12-11-2020 16:01
Azad edilmiş ərazilərdə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkənin azad edilmiş bütün tarixi ərazilərini, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinləri müasir nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı və innovativ xidmətlərlə təmin etməyə hazırdır.

Xeberler.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada ilk 4G şəbəkəsi, mobil operator fəaliyyət göstərir. 28 illik həsrətdən sonra Azərbaycanın döyünən ürəyi olan Şuşada vətəndaşlarımız, hazırda tarixi torpaqlarımızda olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına, eləcə də orada dördüncü nəsil LTE baza stansiyalarının quraşdırılmasına bir müddətdir ki, başlayıb. Məqsədimiz işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli müasir mobil şəbəkə ilə əhatə etmək, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməkdir. Yaradılan texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

"Bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı genişləndiriləcək, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək. Rabitə infrastrukturunun bərpası əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, sakinlərin işlə təmin olunmasına səbəb olacaq. Texnoloji yenilikləri tətbiq etməklə insanların yaşayış şəraiti yaxşılaşdırılacaq, iş yerlərinin açılması ilə onların sosial rifahının yüksəlməsi təmin olunacaq", - NRYTN-dən bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

12-11-2020
Azercell  azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

Azercell azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

23-10-2020
“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021
Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

08-12-2020
“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021
Azercell Eksklüziv tezliklə Şuşada!

Azercell Eksklüziv tezliklə Şuşada!

15-03-2022
Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023
İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020
Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

22-05-2020
Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020
“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020
“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020
Azercell Mobil Müştəri Xidmətləri Şuşada

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025
Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025
Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021
Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

23-10-2020
Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021
“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə