Previous Next
Bağla

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021 21:17
Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçi Qrupunun növbəti iclası keçirilib.

Xeberler.az məlumat verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə cari il ərzində yerinə yetirilən işlər, hazırda icrası davam edən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib.

 

İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya prioritetlərinin icrasında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti nəzərə alınaraq, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq nəqliyyat infrastrukturunun vahid planı barədə iclas iştirakçılarına geniş məlumat verilib və plan ətrafında müzakirələr aparılıb.

İcra edilən layihələrin prioritetliyi müəyyən edilməklə tikinti və bərpa işləri aparılacaq ərazilərin minalardan təmizlənməsi, bölgədə telekommunikasiya şəbəkələrinin qurulması, o cümlədən radio-televiziya yayımının təşkili, rayonlararası magistral fiber-optik xətlərin çəkilməsi, xüsusi rabitə xidmətlərinin təşkili, mobil rabitə xidmətlərinin göstərilməsi və əhatə dairəsinin genişləndirilməsi, tələbata uyğun olaraq daxili rabitə şəbəkələrinin layihələndirilməsi və qurulması məsələləri üzrə müzakirələr aparılıb, layihələrin icrası ilə bağlı təkliflər və aidiyyəti üzrə tapşırıqlar verilib.

Bununla yanaşı, nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrup vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, eləcə də hazırda icra edilən və planlaşdırılan infrastruktur layihələrinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə işlənməsi və mütəmadi olaraq yenilənməsinin vacibliyi vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

30-05-2025

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

06-03-2023

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

19-07-2021

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

30-10-2020

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

06-11-2025

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Azad edilmiş ərazilərdə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək

12-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə