Azərbaycan bu il noyabrın 17-19-da Keyptaunda (Cənubi Afrika) keçiriləcək Africacom-2015 beynəlxalq İKT sərgisində təmsil olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a bildiriblər ki, sərgidə Azərbaycanı Azərkosmos ASC-nin nümayəndəsi təmsil edəcək.
Bu il AfricaCom tədbiri İ-Hub ilə təchiz olunacaq və MLab ilə tərəfdaşlıq çərçivəsində innovativ hab yaradılacaq. Sərginin əsas məqsədi investisiyaların təşviqi və ölkənin İKT sahəsində uğurlarının təqdim edilməsidir. Sərgi çərçivəsində Africa Com Awards müsabiqəsinin qaliblərinin mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə Şəbəkə təkmilləşdirməsi, LTE inkişafında irəliləyiş, Afrika üçün ən yaxşı iqtisadi effektivlik həlli, Afrika üçün ən yaxşı həllin quraşdırılması, Afrika üçün VSAT-innovasiyalar, Ən yaxşı marketinq şirkəti, Mobil Pul Cüzdanı xidməti, Afrika üçün ən yaxşı əlavə proqram, Afrika üçün ən yaxşı innovativ xidmət, Ən yaxşı Pan-Afrikan təşəbbüsü, Ən yaxşı baş direktor, Sosial həyata dəyişikliklər premiyası nominasiyalarında keçiriləcək. Tədbirdə 140 ölkədən 375 eksponatın nümayişi, 350 dünya səviyyəli məruzəçinin çıxışı, 10 mindən çox insanın iştirakı gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri