Previous Next
Bağla

Azərkosmos Afrikada fəliyyətini genişləndirir

11-05-2018 17:11
Azərkosmos Afrikada fəliyyətini genişləndirir

Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyevin rəhbərlik etdiyi və Azərbaycanın Ruandada akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayevin də daxil olduğu nümayəndə heyəti mayın 7-10-da bu ölkənin paytaxtı Kiqalidə keçirilən “Transform Africa” sammitində iştirak edib.

Bu barədə Xeberler.az-a Azərkosmos-dan məlumat verilib.

Məlumata görə, tədbir səhmdar cəmiyyətinin də üzvü olduğu “Smart Afrika” təşəbbüsünün təşkilatçılığı ilə artıq dördüncü ildir ki, dünya liderlərinin iştirakı ilə Afrikada davam edən rəqəmsal inkişafın sürətləndirilməsi və digər dünya dövlətləri ilə yeni əməkdaşlıqların qurulması məqsədilə keçirilir. Sammitdə Azərkosmos-un iştirakının başlıca məqsədi Afrika regionunda biznes tərəfdaşların tapılması və ölkəmizin təbliği olub.

Qurumun rəhbərliyi ilə Ruanda prezidenti, “Smart Africa” İdarə Heyətinin sədri Pol Kaqame arasında görüş keçirilib. Görüşdə Azərkosmo-un Afrika regionunda peyk xidmətləri göstərməsi, ruandalı mütəxəssislərin "Azərkosmos"da təlimlər alması və,ümumilikdə, kosmik sahənin inkişafında Azərbaycan təcrübəsinin öyrənilməsi imkanları geniş müzakirə olunub.

Sammit müddətində keçirilən rəsmi açılış mərasimi, panel müzakirələr və sərgidə Azərkosmosun nümayəndə heyəti tərəfindən Azerspace-1 və Azerspace-2 telekommunikasiya peykləri haqqında ətraflı məlumat verilib.

Azərkosmos üçün Afrika regionunun prioritetliyi və Azerspace-1 peykinin, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması vurğulanıb. Azərkosmosun regionda yüksək keyfiyyətli peyk xidmətləri təklif etdiyi barədə bəhs olunub.

Sammit çərçivəsində baş tutan qala-ziyafətdə Azərbaycanın “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə “Expo 2025” sərgisinin ev sahibliyinə namizəd olması barədə məlumat verilib, ölkənin təbliği məqsədilə sammit iştirakçılarına video süjet nümayiş olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018

Azərkosmos Afrikada fəaliyyət dairəsini genişləndirir

18-07-2025

"Azərkosmos" Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

23-05-2023

Azərkosmos Intersat şirkəti ilə müqavilə imzalayıb

18-09-2019

Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

09-08-2024

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023

Prezident Smart Africa-nın icraçı direktorunu qəbul edib

01-02-2018

"Türksat" Afrikada "Azerspace-2"nin tutumundan istifadə edəcək

30-10-2023

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023

Peykimiz Afrika və Yaxın Şərqi rabitə ilə təmin edəcək

06-05-2015

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azərkosmos beynəlxalq əlaqələri genişləndirir

07-11-2016

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

“Azərkosmos” Amsterdamda beynəlxalq sərgi-konfransında iştirak edəcək

16-08-2023

“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

23-09-2020

Belarusun rəsmiləri “Azərkosmos”da - Fotolar

02-04-2015

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə