Previous Next
Bağla

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021 18:27
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə fərqlənməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal əldə edib. Azercell-in dəstəyilə hazırlığı həyata keçən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov informatika fənni üzrə bürünc medala layiq görülüb.

Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32 ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib.

Sevindirici haldır ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş etdiriblər. Bakı məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda komanda olaraq üçüncü yerin mükafatçısı olublar.

Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-in dəstəyilə həyata keçirilir. AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkənin hər yerindən istedadlı şagirdlər Azercell-in tərəfdaşlığı ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşırlar. Azercell şirkəti indiyədək onlarla şagirdi hazırlıq prosesinə cəlb etməklə onların öz potensiallarını nümayiş etdirməsinə imkan yaradıb.

Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar. Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər.

“Azercell Telekom” gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirdiyi sosial layihələri davam etdirir, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran bütün tələbə və şagirdlərə uğurlar arzu edib!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022
Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024
"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022
İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024
Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

30-04-2024
Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024
“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022
Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022
Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

29-03-2024
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025
“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024
“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023
Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

14-10-2021
Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə