Previous Next
Bağla

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022 11:31
“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

Xeberler.az bildirir ki, Məktəblilər arasında keçirilən İnformatika və Proqramlaşdırma müsabiqəsi yekunlaşdı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada
komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi  proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib. Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.

Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email
 vasitəsilə  çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

“Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən Azercell Telekom-un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

08-11-2024

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022

“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi

26-12-2023

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

14-10-2021

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

Azercell məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqəyə start verib!

10-06-2021

“Azercell CUP 2025” müsabiqəsinin nəticələri açıqlanıb

10-07-2025

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

13-06-2024

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

25-04-2025

Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

29-03-2024

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

30-04-2024

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

15-05-2024

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

02-12-2022

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb

21-02-2025

Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

09-04-2025

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə