Previous Next
Bağla

Azərbaycan Respublikası əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

18-10-2024 18:33
Azərbaycan Respublikası əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

İnnоvаsiya və Rəqəmsal İnkişaf Agentliyi "digital.azerbaijan" brendi altında ölkədə rəqəmsallaşmanın genişlənməsini və müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan rəqəmsal xidmətlərin istifadəsini təşviq etməyə davam edir.

Xeberler.az bildirir ki, bu xidmətlər və təşəbbüslər ölkədə rəqəmsal keçidin sürətlənməsinə və vətəndaşların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət xidmətlərindən rahat və rəqəmsal formada yararlanmasına dəstək verir. Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan növbəti belə xidmət vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat prosesini tam rəqəmsal formada həyata keçirirlər.

Bu xidmətdən istifadə etməklə əcnəbilər ölkəyə gəlişləri zamanı heç bir fiziki məkana getmədən onlayn şəkildə olduqları yer üzrə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) Dövlət Miqrasiya Xidmətinin elektron portalına daxil olaraq müraciət etməlidir. Belə ki, https://e-regv2.migration.gov.az/Unregistered/Application linkinə keçid etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ad, soyad, sərhədkeçmə sənədi, qeydiyyat ünvanı və qəbul edən tərəf barədə məlumatları qeyd edərək asan qaydada olduğu yer üzrə qeydiyyata alına bilərlər.

Qeydiyyat prosesi zamanı yaranan suallar Xidmətin 24 saat 3 dildə fəaliyyət göstərən 919-Çağrı mərkəzi tərəfindən operativ şəkildə cavablandırılır. Qeyd edək ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Bu rəqəmsal yanaşma, həm əcnəbilər üçün, həm də dövlət qurumları üçün prosesləri sadələşdirir, vaxt və resurslara qənaət etməklə daha səmərəli xidmət göstərilməsinə imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbilər üçün rəqəmsal qeydiyyat xidməti "mygov"a inteqrasiya olunub

14-07-2025

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada təqdim ediləcək

31-01-2025

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

Qax sakinlərinə elektron xidmətlər barədə məlumat verilib

05-12-2015

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

27-12-2022

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

14-12-2018

Azərbaycanda qanuni yaşayan əcnəbilər “SİMA İmza” əldə edə biləcək

11-12-2023

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022

Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti istifadəyə verilib

05-10-2021

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

“ASAN Viza” sistemində yenilik

15-05-2017

"İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib

20-06-2020

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

18-01-2017

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

Həm ziyarət, həm ticarət - sərgidə bir sənədlə “Elektron hökumət” portalında qeydiyyatdan keçə bilərsiniz

27-09-2013

Avtomobil gətirənlər “Xüsusi diqqət siyahısı”na düşəcək

31-08-2016

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə