Previous Next
Bağla

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada təqdim ediləcək

31-01-2025 18:52
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri elektron qaydada təqdim ediləcək

Azərbaycan Prezidenti 2024-cü il noyabrın 8-də iş icazəsinin elektron qaydada verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə qanunvericilik aktlarını imzalayıb. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələri Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli vəzifəli şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək elektron üsulla veriləcək.

Xeberler.az bildirir ki, Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, qanun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə dövlət rüsumu ödənilmədən işəgötürənin həmin icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunacaq.

Xatırladaq ki, işəgötürənlər işə cəlb etmək istədikləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almaq məqsədilə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

Dövlət Miqrasiya Xidməti tərəfindən bu gündən etibarən müraciət edən işəgötürənlərə iş icazələri müraciət formasından asılı olmayaraq yalnız elektron qaydada təqdim ediləcək.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilib

08-11-2024

Azərbaycan Respublikası əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

18-10-2024

Qax sakinlərinə elektron xidmətlər barədə məlumat verilib

05-12-2015

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

Əcnəbilər üçün rəqəmsal qeydiyyat xidməti "mygov"a inteqrasiya olunub

14-07-2025

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti istifadəyə verilib

05-10-2021

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

Dövlət Miqrasiya Xidmətinin rəsmi Facebook səhifəsi istifadəyə verilib

15-05-2018

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

27-12-2022

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016

Dövlət Miqrasiya Xidməti yeni təlimlərə başlayır

11-04-2019

Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

26-09-2018

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

Təqaüd üçün elektron müraciət artıq mümkündür

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə