Previous Next
Bağla

Avtomobil gətirənlər “Xüsusi diqqət siyahısı”na düşəcək

31-08-2016 10:51
Avtomobil gətirənlər “Xüsusi diqqət siyahısı”na düşəcək

Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib. 

Xeberler.az bildiri ki, bu Qayda "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) altsistemlərinin istismarı, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir. 

Xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”  ilə müəyyən edilmiş qaydada birgə formalaşdırılan və istifadə edilən paylanmış informasiya resurslarından, bu resursları və təminat vasitələrini qarşılıqlı istifadə edən altsistemlərdən, müvafiq lokal seqmentlərdən və ya kompyuterləşdirilmiş ayrı-ayrı işçi yerlərindən ibarətdir. Dəyişiklik İAMAS çərçivəsində yeni altsistem- “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi yaradılmasını nəzərdə tutur.   Sərhədkeçmə zamanı xüsusi diqqət "Sərhədkeçmə" informasiya resursunda məlumat yaradan altsistemlərdən biridir. “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan  ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir.  Bu altsistem sərhədkeçmə nəzarəti zamanı aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi və şəxsin sərhəd keçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi məqsədləri üçün istifadə edilir. 

“Sərhədkeçmə zamanı xüsusi diqqət” Azərbaycana gələn əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumat yaradan altsistemlər, o cümlədən əcnəbilər barədə məlumat təminatını həyata keçirən altsistemlər sırasına daxil edilib. "Sərhədkeçməyə məhdudiyyət siyahısı" informasiya resursundan məlumat alan və bu resursa məlumat təqdim edən informasiya sistemi sırasına Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi daxil edilib. Əvvəl bu informasiya sisteminə yalnız Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi daxil olub. Nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar haqqında məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil ediləcək və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusu dəyişdiriləcək. 

Müvafiq olaraq Dövlət Gömrük Komitəsi  İAMAS çərçivəsində “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na məlumatlar daxil edəcək və “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”nın məlumatlarından istifadə edəcək. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

18-01-2017

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026

Gömrük Komitəsi Mazımçay gömrük postuna mediatur təşkil etdi

20-11-2018

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

Azərbaycanda elektron viza ilə bağlı yeni qaydalar tətbiq olunacaq

11-11-2016

Azərbaycan Respublikası əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

18-10-2024

Gömrükdə elektron xidmətlərin genişləndirilməsi haqqında Sərəncam verildi

04-03-2016

10 min dollar məbləğində malı gömrük rüsumsuz ölkəyə gətirə biləcəksiniz

22-10-2015

10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu

13-01-2016

DİN vətəndaşlara xəbərdarlıq edib

27-08-2019

Azərbaycan və Estoniya gömrüyün rəqəmsallaşdırılmasını müzakirə edib

27-08-2025

Azərbaycana mobil telefonların gətirilməsi qaydası sərtləşdirilib

23-09-2020

Yaşayış yeri üzrə arayışın verilməsi sadələşdirildi

29-09-2015

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

22-04-2019

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Ölkəyə gətirilən mobil telefonların gömrük rüsumunun hesablanma qaydası açıqlanıb

02-02-2026

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026

Dövlət Xidmətinin nümayəndələri BMT Baş Assambleyasının sessiyasında iştirak edib

13-02-2024

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə