“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) olub. ASC öz informasiya sistemləri və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirib. Azərbaycan Sənaye Korporasiyası “AzInTelecom”un təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərini əldə edib. ASK, həmçinin “AzInTelecom” tərəfindən lisenziyalı “Microsoft” məhsulları ilə təmin olunub. Dövlət qurumu İT sistemlərini “Hökumət buludu”na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Məlumat üçün bildirək ki, “ASK” ASC-nin informasiya sistemləri 2019-cu ildən etibarən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı nazirliyin tabeliyindəki “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri