Previous Next
Bağla

Azərbaycan Süni İntellekt Olimpiadasının Final Mərhələsi Keçirilib

12-05-2026 17:11
Azərbaycan Süni İntellekt Olimpiadasının Final Mərhələsi Keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamından irəli gələn hədəflərə uyğun olaraq təsis edilən “AI Azərbaycan” – Azərbaycan Süni İntellekt Olimpiadasının final mərhələsi yekunlaşıb.

Xeberler.az məlumat verir ki, Global Olympiad Center tərəfindən təsis edilən layihənin əsas məqsədi süni intellekt sahəsinə marağı olan istedadlı şagirdlərin aşkarlanması, onların data analitikası, alqoritmik düşünmə və praktiki problem həlli bacarıqlarının inkişaf etdirilməsi, həmçinin Azərbaycanın beynəlxalq yarışlarda təmsil olunacaq güclü milli komandasının formalaşdırılmasına töhfə verməkdir.

Azərbaycan-Fransız Universitetində ödənişsiz əsaslarla təşkil olunan final mərhələsində 144 şagird iştirak edib. İştirakçılar 6 saat ərzində 3 fərqli tapşırıq üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Final mərhələsində iştirakçıların süni intellekt üzrə nəzəri bilikləri, data ilə işləmə, ilkin emal, kəşfedici analiz, model qurma, nəticələrin qiymətləndirilməsi, Kaggle əsaslı tətbiqi tapşırıqlar, data təmizləmə, xüsusiyyət mühəndisliyi və model performansının yaxşılaşdırılması istiqamətində bacarıqları qiymətləndirilib.

Nəticələrə əsasən, International Olympiad in Artificial Intelligence 2026 yarışında Azərbaycanı təmsil edəcək milli komandanın üzvləri müəyyənləşdirilib.

Azərbaycanı beynəlxalq final mərhələsində təmsil edəcək milli komandanın üzvləri aşağıdakılardır:

Xırdalan şəhər B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Kənan Kərimzadə - ümumi nəticə: 93,85 bal

S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Şəhla Əhmədzadə - ümumi nəticə: 93,7 bal

85 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tunar Əhmədzadə - ümumi nəticə: 93,35 bal

328 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirmehdi Əzizli - ümumi nəticə: 93,23 bal 

Qeyd edək ki, komanda üzvləri Qazaxıstanın Astana şəhərində keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Bildirilib ki, bu nəticə Azərbaycanda süni intellekt sahəsində istedadlı şagirdlərin hazırlanması, onların beynəlxalq platformalara inteqrasiyası və rəqəmsal savadlılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"AI Azerbaijan" Süni İntellekt Olimpiadası keçiriləcək

"AI Azerbaijan" Süni İntellekt Olimpiadası keçiriləcək

27-02-2026
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022
Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024
Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023
"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022
 Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025
Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025
“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021
“BilBacar” müsabiqəsi yenidən başlanır

“BilBacar” müsabiqəsi yenidən başlanır

30-10-2025
İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019
Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025
Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

21-02-2026
II Bakı Elm Olimpiadası keçiriləcək

II Bakı Elm Olimpiadası keçiriləcək

01-02-2023
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

25-04-2025
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

12-06-2026
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025
 Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

05-11-2025
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə