Previous Next
Bağla

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025 14:51
Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Təqvim ili ərzində Bakı şəhərinin məktəbliləri riyaziyyat, informatika, kimya və proqramlaşdırma istiqamətləri üzrə bir sıra beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış ediblər.

Xeberler.az bildirir ki, Qazaxıstan, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Özbəkistan, Boliviya, Bosniya və Herseqovinada keçirilən yarışlarda paytaxt məktəbliləri ümumilikdə 2 qızıl, 4 gümüş, 6 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüblər.

Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanın Daşkənd şəhərində keçirilən III Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında, eləcə də Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) qızıl medal qazanıb. O, həmçinin Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 42-ci Balkan Riyaziyyat Olimpiadasında gümüş medala layiq görülüb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal əldə edib. Həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə və Nəzrin Həsənova isə bürünc medalla təltif olunublar.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli Şimali Makedoniyada keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb.

Boliviyanın paytaxtı Sukre şəhərində təşkil olunan məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medal əldə edib. Bakı şəhəri 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala layiq görülüb. Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafat qazanıb.

Bundan əlavə, Əli Əliyev Rumıniyada onlayn formatda keçirilən VII “InfO (1) Cup” proqramlaşdırma müsabiqəsində gümüş, Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasında isə bürünc medal əldə edib.

Qeyd olunan nəticələr Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında yüksək hazırlıq səviyyəsini və uğurlu təmsilçiliyini bir daha nümayiş etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimizin uğuru

18-07-2023

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025

Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

21-02-2026

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində 4 medal qazanıblar

20-10-2025

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə