Previous Next
Bağla

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025 16:38
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurla çıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib.

Xeberler.az bildirir ki, 98 ölkədən 300-dən çox məktəblinin iştirak etdiyi olimpiadada Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medallara layiq görülüblər. Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafatla təltif olunub.

Olimpiada çərçivəsində iştirakçılar iki gün ərzində mürəkkəb alqoritmik tapşırıqları həll edərək analitik düşüncə, problem həll etmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər.

Onların təqdim etdikləri həllər 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilib.

Azərbaycan 1994-cü ildən etibarən Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunur. Belə ki, məktəblilər 1994–2019-cu illər ərzində ölkəyə beş medal, 2020–2025-ci illərdə isə on bir medal qazandırıblar. Cari ildə əldə edilmiş nailiyyətlər Azərbaycanın bu olimpiadadakı rekord nəticəsi olmaqla yanaşı, iki şagirdin dünya sıralamasında ilk yüzlüyə daxil olması ilə də xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində artıq səkkiz ildir ki, məktəblilərin beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs istedadlı gənclərin İT və İKT sahələrində bilik və bacarıqlarının inkişafına, eləcə də onların beynəlxalq müsabiqələrdə uğurlu çıxışlarına töhfə vermək məqsədi daşıyır.

Azercell qalib məktəbliləri təbrik edir, onlara gələcək olimpiadalarda yeni uğurlar arzulayır!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24-07-2025

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar

16-09-2024

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Azercell-in dəstəyi ilə məktəblilərimiz EGOI 2026-da iki medal qazanıblar

22-05-2026

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə