Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

08-11-2010 / 15:12

Noyabrın 22-də Bakıda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konfransa YUNESKO və «Microsoft» korporasiyası da dəstək verir.

Konfransın məqsədi yeni müstəqil dövlətlərin təhsil liderlərini bir araya gətirməkdir. Tədbir iştirakçılar arasında təhsil sahəsində əldə olunmuş və texnologiya tərəfindən dəstəklənən bilik və təcrübələrin mübadiləsini, o cümlədən dünya təhsil liderlərinin strategiya, siyasət və praktikasına dair təkliflərini özündə cəmləşdirəcək.

Beynəlxalq təhsil konfransı iki əsas hissədən ibarət olacaq. Birinci hissədə mütəxəssislər tərəfindən milli İKT və təhsil strategiyasının inkişafı, müəllim və şagirdlər üçün birin-birə təhsil, ali təhsildə e-tədris mövzular üzrə seminarlar təşkil olunacaq. Konfransın ikinci hissəsində bölgə ölkələri üçün təhsil strategiyasında İKT-nin rolu haqqında regional sammit keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaq.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.