Azərbaycanda bloklanan zərərli keçidlərin sayı azalıb

06-10-2025 / 15:00

Bu ilin yanvar-sentyabr aylarında "AzStateNet" şəbəkəsi üzrə 379 milyon 805 min zərərli keçid bloklanıb.

Xeberler.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında aparılan hesablamalara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,6 % azdır.

Təkcə sentyabrda isə 33,17 milyon zərərli keçid bloklanıb ki, bu da 1 il əvvələ nisbətən 42,5 % azdır.

9 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 21 milyon 816 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 84 min 605 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 6,4 dəfə çox və 53,3 % azdır.

2024-cü ildə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə