Dövlət qurumlarına kiberhücumlar 16 faizdən çox azalıb

18-12-2024 / 12:39

Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 913 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Xeberler.az quruma istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.

Kibertəhdidlərin 469-u daxili araşdırma, 445-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə noyabrda isə 85 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 13,3 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 739,72 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 146 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 191 min 632 zərərverici tərkibli elektron sənəd blok edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə