Azərbaycanda bloklanan zərərli keçidlərin sayı noyabrda azalıb

03-12-2025 / 16:32

Bu ilin yanvar-noyabr aylarında "AzStateNet" şəbəkəsi üzrə 430 milyon 214 min zərərli keçid bloklanıb.

Xeberler.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % azdır.

Təkcə noyabrda isə 20,933 milyon zərərli keçid bloklanıb ki, bu da 1 il əvvələ nisbətən 65 % azdır.

11 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 22 milyon 367 min 344, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 92 min 603 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 6 dəfə çox və 50 % azdır.

2024-cü ildə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə