Previous Next
Bağla

Azərbaycanda bu qurumun səlahiyyəti artırıldı

21-05-2018 18:30
Azərbaycanda bu qurumun səlahiyyəti artırıldı

Xeberler.az bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nda dəyişiklik edib.

Beləliklə, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. 

Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.  Avtomobil yollarının texniki pasportunun forması Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq və təsdiq ediləcək. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının qeydiyyatını aparacaq, bu barədə reyestrdə müvafiq qeydlər edəcək. 

Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının daşınmaz əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək. Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun qeydiyyata alınması üçün Avtomobil Yolları Dövlət Agentliyinə təqdim ediləcək.
 
Nazirlər Kabinetinin “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”na etdiyi dəyişikliyə əsasən mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Avtomobil Yolları Dövlət Agentliyi  ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə  birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

05-12-2023
Mədəniyyət və Turizm Nazirliyinə reklamla bağlı səlahiyyət verilib

Mədəniyyət və Turizm Nazirliyinə reklamla bağlı səlahiyyət verilib

05-09-2016
Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018
Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013
Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019
Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023
Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

13-06-2018
Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib

Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib

11-03-2019
Regional avtovağzallara pasport verilib

Regional avtovağzallara pasport verilib

01-06-2018
Azərbaycanda respublika əhəmiyyətli avtomobil magistrallarında videomüşahidə sistemi yaradılacaq

Azərbaycanda respublika əhəmiyyətli avtomobil magistrallarında videomüşahidə sistemi yaradılacaq

07-12-2010
Ekspert yollarda olan internet problemindən danışıb

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019
“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

20-07-2022
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

14-12-2018
Bu şəxslər avtomobil idarə edə bilməyəcək

Bu şəxslər avtomobil idarə edə bilməyəcək

03-01-2019
Bu avtomobil həm yeriyir, həm uçur, həm də üzür

Bu avtomobil həm yeriyir, həm uçur, həm də üzür

17-11-2010
Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024
Yemək masasına bənzəyən avtomobil

Yemək masasına bənzəyən avtomobil

11-11-2010
Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

12-06-2023
Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

04-09-2018
Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014
NRYTN  üzrə İşçi Qrupunun iclası olub

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021
Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə