Previous Next
Bağla

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015 13:42
Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

Birinci Avropa Oyunları zamanı şəhər sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq.
Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalara Oyunların Əsas Marşrut Şəbəkəsi və Oyunların hərəkət zolaqları daxildir. 29 may tarixindən etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.

 Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki,  oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb.

 Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb. Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub.  Bu zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə edəcək.

 Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir.  

 Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.  

 Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

29-03-2024

Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

05-12-2023

Avropa oyunları ilə bağlı xüsusi markalar dövriyyəyə buraxıldı

23-04-2015

AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

17-05-2024

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

İsraildə yüksəksürətli hava qatarı tikiləcək

24-09-2018

Nəqliyyatda elektron-kart ödəmə sistemi tətbiq ediləcək

20-10-2011

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib

11-03-2019

270 km/saat sürətlə hərəkət edən qatarda İnternet

25-12-2008

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022

Niderlandda sürücüsüz şəhərətrafı avtobusdan istifadə olunur

03-02-2016

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015

Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

19-07-2024

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015

Avtobuslar sərnişinləri pulsuz daşıyır

04-07-2018

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

Azərbaycanda bu qurumun səlahiyyəti artırıldı

21-05-2018

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

11-06-2018

Dəmiryol qatarında WiFi internet

19-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə