Previous Next
Bağla

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023 20:04
Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənilib, layihələrin icrası ilə bağlı mövcud imkanlar, qarşıya çıxan çətinliklər və onların həlli yolları geniş müzakirə edilib.

İclası giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb: “Bunlardan artıq bir neçəsi – “Zəfər yolu”, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 32 faiz təşkil edir”.

R.Hümmətov əlavə edib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 70 və 41 faiz təşkil edir.

Nazir müavini hazırda ümumi uzunluğu 1965,5 km olan 16 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb.

Sonra R.Hümmətov işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

Nazir müavini bildirib ki, Laçın şəhərinə əhalinin böyük qayıdışına başlanması və sakinlərin öz doğma yurdlarına köçürülməsi ilə əlaqədar olaraq, hazırda şəhərdə aparılan bərpa-tikinti işləri çərçivəsində nəqliyyat və rabitə infrastrukturunun qurulması sahəsində də işlər sürətlə davam edir. Şəhərin daxili yollarının bərpası layihəsi 53% icra edilib, eyni zamanda şəhərlərarası və şəhərdaxili nəqliyyat-yol şəbəkəsinin müasir tələblərə uyğun planlanması işlərinə başlanıb. Şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması istiqamətində 700 evdə yeni texnologiyalar əsasında GPON şəbəkəsinin tətbiq olunması üçün layihə hazırlanıb. Hazırda 19,7 km uzunluqda fiber-optik magistral və 20 km abunəçi kabel xətti çəkilib. Laçın şəhərində 137 məntəqədə telekommunikasiya xidmətlərinin təşkili üçün müvafiq infrastruktur qurulub.

İclas çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması, avtonəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

İclasda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, həmçinin digər iştirakçılar çıxışlarında “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Laçın şəhərinin daxili yol-nəqliyyat şəbəkəsinin tikintisi işlərinə, şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən işlərə, Laçın Hava Limanının tikintisi aparılan əraziyə, Xudafərin-Qubadlı-Laçın və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yollarının tikintisinə və Horadiz-Ağbənd dəmir yolu xəttinə baxış keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NRYTN  üzrə İşçi Qrupunun iclası olub

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

30-05-2025
Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021
İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

06-03-2023
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
“Ağıllı kənd”də ilk iclas keçirildi

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022
Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023
Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023
Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

06-11-2025
İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020
Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025
Laçında ən yüksək sürətli şəbəkə quraşdırılır - Sayılı günlər qaldı

Laçında ən yüksək sürətli şəbəkə quraşdırılır - Sayılı günlər qaldı

22-05-2023
Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025
Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021
Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025
Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

01-10-2024
Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

19-07-2021
Fiziki infrastruktur  üzrə işçi qrupunun növbəti iclası keçirilib

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022
Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

06-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə