Previous Next
Bağla

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019 13:03
Ekspert yollarda olan internet problemindən danışıb

Son dövrlərdə ölkəmizdə xeyli yeni avtomobil yolları salınıb. Həm respublika əhəmiyyətli ,həm də rayon-şəhər daxili avtomobil yolları, rayon mərkəzlərini birləşdirən avtomobil yolları xeyli inkişaf edib. Hətta əksər rayonlarda ən uzaq kəndlərə belə səliqəli yollar çəkilib. Eləcə də. dəmir yol infrastrukturu yenidən qurulur. Yeni qatarlar xəttə buraxılır.

Bəs görəsən bu yeni yollar, kommunikasiyalar boyunca internet təminatı əlçatandrımı ?

Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz aydınlıq gətirib:

"Aparılan monitorinqlər və müşahidələr göstərir ki, respublika əhəmiyyətli yollar boyunca, magistrallarda, rayon və şəhərlər arası yeni salınan avtomobil yollarında və ölkədaxili dəmir yol xətləri boyunca keyfiyyətli internet təminatında ciddi problemlər var.

Xüsusən də, vacib əhəmiyyət kəsb edən, Bakı şəhərini respublikanın bölgələri ilə birləşdirən avtomobil yolları boyunca , son dövrlərdə istifadəyə verilən, rayon mərkəzlərini birləşdirən və rayon-şəhər daxili avtomobil yolları boyunca internet və mobil rabitə təminatında əlçatımlıq yetərli deyil.

Bəzi ərazilərdə 4G, bəzi yerlədə, 3G və 2G , bir çox ərazilərdə isə ümumiyyətlə bağlantı tapmaq, şəbəkəyə qoşulmaq mümkün deyil. Hər bir mobil operator üçün bütün nəqliyyat kommunikasiyaları boyunca infrastruktur yaratmaq böyük investisiyalar tələb edir. Digər tərəfdən də ölkədə aparılan islahatlar, rəqəmsallaşma, regionların və turizmin inkişafı tələb edir ki keyfiyyətli internet bütün kommunikasiyalar boyunca əlçatan olsun.

Düşünürəm ki, əvvəlcə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bütün respublika əhəmiyyətli və yeni salınan avtomobil yolları boyunca və dəmir yolu boyunca monitorinqlər aparmalıdır. Harada 2G, 3G və 4G-nin, ümumiyyətlə şəbəkənin əlçatan olması, müəyyən edilməlidir. Mobil əlaqənin olmadığı ərazilər qeyd olunmalıdır. 
Bundan sonra fikrimcə telekommunkasiya və mobil operatorlarla birgə bu problemlərin həlli üçün konkret tədbirlər müyyən olunmalıdır.

Məlum olduğu kimi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsi həyata keçirilməyə başlayıb. “AzerTelecom” və “Azərbaycan Dəmir Yolları” QSC arasında mövcud dəmir yolları boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb.

Ümid edirəm bu layihə çərçivəsində dəmir yolu boyunca keyfiyyətli internetə əlçatımlıq problemi də həllini tapacaq.

Eyni zamanda, düşünürəm ki, hökumət bəlli bir dövr üçün, məsələn gələn ilin sonunadək bütün ölkə ərazisində ən azı 3G şəbəkəsinin qurulması üçün NRYTN üçün, mobil operatorlar üçün, məcburi şərtlər müəyyən etməlidir. Respublikadaxili avtomobil yolları, yeni salınan avtomobil yolları boyunca internet və mobil rabitə problemini həll etmək üçün, NRYTN mobil operatorlarla birgə ciddi səylər göstərməlidir. Xərcləri, riskləri azaltmaq üçün mobil operatorlar ayrılıqda deyil, birgə addımlar ata bilərlər. Hökumət bu sahənin inkişafına dəstək verməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019
Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019
Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

15-10-2019
Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi açıqlandı

Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi açıqlandı

30-04-2019
"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

11-07-2023
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Azərbaycanda bu qurumun səlahiyyəti artırıldı

Azərbaycanda bu qurumun səlahiyyəti artırıldı

21-05-2018
Ekspert: “Rabitə Nazirliyi öz avadanlığını qurub interneti 3 qat bahalaşdırır”

Ekspert: “Rabitə Nazirliyi öz avadanlığını qurub interneti 3 qat bahalaşdırır”

19-09-2020
Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023
Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025
Bakı dünyanın internet xəritəsinə əlavə ediləcək

Bakı dünyanın internet xəritəsinə əlavə ediləcək

09-10-2019
“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024
Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019
Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023
Ekspert Dəmir Yolu nəqliyyatındakı problemlərdən danışdı

Ekspert Dəmir Yolu nəqliyyatındakı problemlərdən danışdı

27-03-2019
Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

06-01-2025
Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018
 Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

21-07-2016
Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022
"Azərbaycan Dəmir Yolları" "Rəqəmsallaşma Strategiyası" hazırlayıb

"Azərbaycan Dəmir Yolları" "Rəqəmsallaşma Strategiyası" hazırlayıb

20-10-2023
“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb   

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022
Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

05-12-2023
Dəmir yollarının yaranması münasibətilə poçt markası buraxılıb

Dəmir yollarının yaranması münasibətilə poçt markası buraxılıb

14-10-2025
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

14-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə