Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “E - idarəetmə” və dövlət qulluğu sistemində innovasiyaların tətbiqi ilə bağlı təqdimat keçirilib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, təqdimatlar Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforma nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Panelinin növbəti görüşü çərçivəsində keçirilib.
Tədbir çərçivəsində “Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Dövlət qulluğu sistemində innovasiyalar və perspektivlər”, “E - idarəetmə” mövzularında təqdimatlar iştirakçılara təqdim edilib.
Finlandiya və Gürcüstan nümayəndələri “Şəffaflıq, açıq hökumət və verilənlərin qorunması”, Estoniya və Azərbaycan nümayəndələri isə “E - hökumət” mövzularında ölkələrinin nailiyyətlərindən danışıblar. Çex Respublikasının nümayəndəsi “Yerli və ya regional hökumət”, Ukrayna və Estoniya nümayəndələri isə “Effektiv idarəetmənin texniki dəstəyi” mövzularında çıxış ediblər. İşçi görüşün sonunda mövzular ətrafında müzakirələr aparılıb.
Aynur Vəliyeva