Azərbaycanda gələn aydan etibarən 30 min dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunmasına başlanılacaq.
Xeberler.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya” mövzusunda panel sessiyada çıxışında deyib.
Nazir müavini bildirib ki, insan kapitalının inkişafı Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin ayrıca istiqamətidir.
“İnsan kapitalı özlüyündə ayrıca bir proqramdır və Azərbaycan hökuməti buna ciddi diqqət yetirir. Biz işə dövlət xidmətinin özündən başlamışıq. Gələn aydan etibarən 30 min dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təliminə başlayırıq. Proqramın gələcəkdə bütün dövlət sektorunu, daha sonra isə əhalini əhatə etməsi nəzərdə tutulur. Biz hesab edirik ki, süni intellektin geniş ictimaiyyət üçün də böyük imkan və potensialı var. İnsanlar bu texnologiyalardan gündəlik həyatlarında məhsuldarlığı artırmaq üçün geniş istifadə edə bilərlər”, – deyə nazir müavini vurğulayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları