Sentyabrın 22-27-də Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında Azərbaycan kibertəhlükəsizlik bacarığı üzrə təmsil olunub.
Ölkəmizi bu istiqamətdə təmsil edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüblər. Yusif Kazımlı, eyni zamanda, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 5-ci təlim dalğasını birinciliklə başa vurub. Yüksək peşəkarlıq və praktiki bacarıqları qiymətləndirən bu medal Azərbaycanın “WorldSkills” tarixində kibertəhlükəsizlik üzrə qazandığı ilk mükafatdır.
Kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycan komandasının seçimi və yarışa hazırlığı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) təşkil olunub. Seçim və hazırlıq prosesi İRİA, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azərbaycan”ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Əldə etdiyi nəticə ilə komandamız Hindistan, Koreya Respublikası, Tailand, Yaponiya, Malayziya, Avstraliya və Braziliya da daxil olmaqla bir sıra ölkələrin komandalarını qabaqlayıb.
Bundan əlavə, Azərbaycan komandası kibertəhlükəsizlik üzrə “Kibertəhdidlərə qarşı müdafiə həllərinin tətbiqi” alt istiqamətində iştirak edən komandalar arasında daha yüksək nəticəni göstərib.
Qeyd edək ki, namizədlərin seçimi “Capture The Flag” (CTF) formatında keçirilən mərhələlər əsasında aparılıb. İlk seçim mərhələsi olan CTF-1 2025-ci il dekabrın 20-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 80 namizədin iştirakı ilə keçirilib. 2026-cı ilin yanvarında keçirilən CTF-2-nin nəticələrinə əsasən seçilən 10 namizəd fevral-avqust aylarında mərkəzdə intensiv hazırlıq proqramına cəlb olunub. Hazırlıq proqramı “WorldSkills” yarışının tələblərinə uyğun olaraq kibertəhlükəsizlik üzrə nəzəri biliklərin möhkəmləndirilməsi və praktiki bacarıqların inkişaf etdirilməsini əhatə edib.
“WorldSkills Shanghai 2026”da kibertəhlükəsizlik üzrə əldə olunan nəticə Azərbaycanı təmsil edən iştirakçıların beynəlxalq peşə bacarıqları platformasında göstərdiyi hazırlıq səviyyəsini nümayiş etdirib. Eyni zamanda, seçim və hazırlıq prosesinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sistemli şəkildə təşkil olunması gənc mütəxəssislərin beynəlxalq yarışlara hazırlanması istiqamətində həyata keçirilən işlərin nəticəsini göstərir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları