Previous Next
Bağla

İnformasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sahələrinin iqtisadiyyatda rolu güclənir

29-09-2026 12:13
İnformasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sahələrinin iqtisadiyyatda rolu güclənir

Azərbaycanda informasiya və rabitə sektoru son illərdə sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Rəqəmsal xidmətlərin genişlənməsi, infrastrukturun təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi bu sahədə yeni mərhələnin yaranmasına təkan verib. Rəqəmsal həllərə maraq informasiya texnologiyalarına tələbatı yüksəldir, nəticədə sektorun iqtisadiyyatda rolu güclənir. Bu tendensiya əsas makroiqtisadi göstəricilərdə də öz əksini tapır.
 
Xeberler.az bildirir ki, cari ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə sektorunda yaradılan əlavə dəyərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 10,7% artaraq 1 milyard 775 milyon manat olub.

Nəticədə informasiya və rabitə sektorunun ÜDM-də payı 2%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 2,9%-ə yüksəlib. Sektor üzrə gəlirlərdə də müsbət dinamika müşahidə olunur. Hesabat dövründə ümumi gəlir real ifadədə 10,7% və ya 309 milyon manat artaraq 2 milyard 748 milyon manata çatıb. Bu göstəricilər informasiya və rabitə
xidmətlərinə tələbatın yüksəldiyini və sektorda yaradılan əlavə dəyərin artdığını göstərir.
 
İnformasiya və rabitə sektoruna qoyulan investisiyalar da yeni imkanların formalaşmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verir. Sektora yatırılan investisiyaların həcmi real ifadədə 49,4% və ya 109 milyon manat artaraq 320 milyon manat təşkil edib. Bu artım gələcək inkişaf üçün əlverişli zəmin yaradır.
 
 
Nəqliyyat sektorunda məhsul buraxılışı 11 milyard manata çatıb Nəqliyyat və anbar təsərrüfatı sektorunda da artım tempi qorunur. Yol infrastrukturunun yenilənməsi, logistika imkanlarının genişləndirilməsi və şəhər mobilliyinin artırılması istiqamətində görülən işlər bu sahənin inkişafında mühüm rol oynayır.

Cari ilin yanvar-avqust ayları ərzində sektorda yaradılan əlavə dəyərin həcmi 6 milyard 654 milyon manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7% və ya 827 milyon manat çoxdur.
 
Nəticədə nəqliyyat və anbar sektorunun ÜDM-də payı 7,6%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 10,8%-ə yüksəlib.
 
Nəqliyyat və anbar sektorunun məhsul buraxılışında da əhəmiyyətli artım müşahidə olunub. Belə ki, hesabat dövründə sektorun məhsul buraxılışı real ifadədə 8,7% və ya 1 milyard 364 milyon manat artaraq 10 milyard 932 milyon manat təşkil edib.
 
Müqayisə dövrü ərzində sektora yatırılan investisiyalar 2 milyard 752 milyon manat təşkil edib ki, bu da real ifadədə 4,6% artım deməkdir. Göstəricilər informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat-logistika sahələrinin qeyri-neft iqtisadiyyatında rolunun artdığını bir daha təsdiqləyir. Həyata keçirilən layihələr və yatırılan investisiyalar Azərbaycanın regional rəqəmsal və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

09-04-2026
Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

09-04-2026
Azərbaycanda informasiya və rabitə sahəsində rekord artım qeydə alınıb

Azərbaycanda informasiya və rabitə sahəsində rekord artım qeydə alınıb

20-05-2026
Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010
İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

22-10-2015
Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011
Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025
İKT sektorunun gəlirləri artıb

İKT sektorunun gəlirləri artıb

23-10-2015
İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 faizdən çox artıb

İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 faizdən çox artıb

15-09-2025
Azərbaycanın rabitə sektorunun satış həcmi $802,711 mln. təşkil edib

Azərbaycanın rabitə sektorunun satış həcmi $802,711 mln. təşkil edib

17-09-2009
Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

20-10-2009
İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri oktyabrda artıb

İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri oktyabrda artıb

14-11-2025
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

18-06-2026
“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023
Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu artıb

17-08-2026
İKT sektorunda orta aylıq əməkhaqqı 12 faizədək artıb

İKT sektorunda orta aylıq əməkhaqqı 12 faizədək artıb

26-10-2024
İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri ötən ay 27 faiz artıb

İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri ötən ay 27 faiz artıb

19-01-2026
Mobil operatorlar ötən il  948 milyon manat gəlir əldə edib

Mobil operatorlar ötən il 948 milyon manat gəlir əldə edib

04-01-2023
Bir ayda 134 milyon manata yaxın xidmət

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015
İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu artırılıb

İnformasiya və rabitə sektoruna investisiya qoyuluşu artırılıb

20-02-2026
Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri artıb

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri artıb

19-03-2026
İnformasiya və rabitə üzrə investisiya qoyuluşunun məbləği açıqlanıb

İnformasiya və rabitə üzrə investisiya qoyuluşunun məbləği açıqlanıb

15-12-2025
Azərbaycanda mobil rabitə xidmətlərinin həcmi 32,9% artıb

Azərbaycanda mobil rabitə xidmətlərinin həcmi 32,9% artıb

19-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə