"ASAN xidmət" modeli Dominikanda tətbiq olunacaq.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Dominikanın paytaxtı Santo Dominqoda səfərdədir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dominikan Respublikası Prezident Ofisinin (rəhbəri) naziri Xose İqnasio Palisa arasında görüş keçirilib.
Dominikan tərəfi iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, "ASAN xidmət" təcrübəsinin Dominikan tərəfi ilə paylaşılması bu istiqamətə geniş töhfə verə bilər.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti Dominikanın dövlət idarəçiliyi naziri Siqmund Freund ilə də görüşüb. Görüş zamanı Dövlət Agentliyi ilə Dominikanın Dövlət İdarəçiliyi Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi "ASAN xidmət" modelinin Dominikanda tətbiqi, eləcə də bu istiqamətdə Dominikan dövlət qulluqçuları üçün Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsi və zəruri standartların hazırlanmasıdır.
Bu "ASAN xidmət" modelinin beynəlxalq səviyyədə təşviqi və ixracı istiqamətində Karib hövzəsi dövlətləri ilə imzalanmış ilk sənəddir. Dominikansa bu modelin ixrac olunacağı 53-cü ölkədir.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları