“Azərbaycanda ilk dəfə olaraq elektron kitabxana da fəaliyyət göstərəcək”.

09-04-2011 / 00:11

Bunu www.ann.az saytının baş redaktoru Zahir Əzəmət bu gün saytın təqdimat mərasimində deyib. Media nümayəndələrinin, redaktorların, yazıçıların, ictimai xadimlərin iştirakı ilə keçirilən təqdimatda Z. Əzəmət sayt haqqında gediş məlumat verib : “Ann.az saytının açılımı Azərbaycan News Networkdur. Adın bu cür seçilməsi bizim gələcək planlarımızla bağlıdır Sayt Azərbaycan və rus dillərində fəlaiyyət göstərir. Yaxın günlərdə ingilis dilində də versiyası da olacaq. Məqsədimiz Azərbaycanla bağlı bütün xəbərləri , xüsusən də mədəniyyət hadisələrini dünyaya çatdırmaq olduğu üçün belə ad seçdik”.

Z. Əzəmət bildirib ki, ann.az saytı öz yenilikləri digər informasiya saytlarından fərqlənəcək : “Saytda ictimai-siyasi xəbərlər, açıqlamalar, təhlillər olacaq. Lakin, digər saytlardan fərqli olaraq “şok” yaradan kriminal xəbərlər, şou-bizneslə bağlı xəbərlərə üstünlük verilməyəcək. Şouya bu qədər güc verməkdənsə, mədəniyyətlə bağlı xəbərlərin sayını artıraraq ciddi insanların xəbər tələbatını ödəyəcəyik”.

Baş redaktor onu da bildirib ki, saytın nəzdində Azərbaycanda ilk dəfə olaraq elektron kitabxana da fəaliyyət göstərəcək. Oxucular bu kitabxanada yerli və dünya ədəbiyyatının nümunələri ilə tanış olub onları rahat şəkildə yükləyə biləcəklər : “Yaratdığımız elektron kitabxanada 20 minə yaxın kitab yerləşdirilib. Ümid edirik ki, oxucuların zövqünü oxşaya biləcəyik”. 

Qeyd edək ki, sözügedən sayt bu ilin yanvar ayında təsis edilib. Həmin ilin mart ayından fəaliyyətə başlayıb. Sayt hansısa beynəlxalq fondun layihəsi çərçivəsində yox, biznes layihə kimi fəaliyyət göstərəcək. ann.az-a “Məqam” MMC maliyyə dəstəyi verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə