Previous Next
Bağla

“APA Group”a daxil olan saytların yeni nəsil cihazlar üçün mobil versiyası hazırlanıb

24-01-2011 16:25
“APA Group”a daxil olan saytların yeni nəsil cihazlar üçün mobil versiyası hazırlanıb

APA Group”a daxil olan bütün saytların mobil versiyası hazırlanıb.

APA-nın İT Departamenti tərəfindən hazırlanmış mobil versiyalar vasitəsilə saytlardan yeni nəsil cihazlar vasitəsilə istifadə etmək daha asan və rahat olacaq.

m.apa.az, m.lent.az, m.vesti.az, m.apasport.az saytları İpad, İphone, Symbion, BlackBerry, Android və s. yeni nəsil cihazlarında istifadəyə tam uyğunlaşdırılıb.

Saytları bütün dillər üzrə yeni nəsil cihazlardan izləmək mümkün olacaq.

Bu cihazlar vasitəsilə saytlardan istifadə edənlər istər yüklənmə həcmi, istərsə də sürət baxımından daha əlverişli xidmətdən yararlana biləcəklər.

Qeyd edək ki, “APA Group”a daxil olan Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaradılıb. Agentliyin www.apa.az saytı Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində fəaliyyət göstərir. Agentliyin saytı müasir İT texnologiyasının bir çox uğurlarından yararlanıb. Saytda istifadəçilərin kredit kartlar vasitəsilə xəbər almaları, abunəçilərə on-line xəbər xidməti göstərmək mümkündür.

Apasport Agentliyi 2007-ci ildə yaranıb. Azərbaycanda fəaliyyətə başlayan ilk idman agentliyidir. Agentliyin apasport.az saytı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu sayt idman hadisələrinin on-line yayımlanmasına daha çox diqqət ayırır və idman ictimaiyyətinin ən çox rəğbət bəslədiyi saytlardandır. Agentlik bir neçə dəfə idmana məsul qurumlar tərəfindən “ilin agentliyi” nominasiyasının qalibi olub.

“Lent.az” İnformasiya Agentliyi 2008-ci ildə yaranıb. www.lent.az Azərbaycan dilində ən çox oxunan xəbər saytıdır.

“Vesti.az” İnformasiya Agentliyi 2009-cu ildə yaradılıb. Vesti.az rus dilində fəaliyyət göstərir və regiondakı rusdilli saytlar arasında xüsusi reytinqi olan xəbər, araşdırma saytlarından biridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

APA və mail.ru şirkətləri əməkdaşlıq haqqında müqavilə imzaladılar

04-11-2010

6 yaşlı APA

16-11-2010

Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb

16-03-2009

Kommunizimlə bağlı bütün məlumatlar www.Kommunist.az - da

10-02-2009

Azərbaycan Prezidentinin saytının iPhone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb

05-08-2010

“deputat.az” portalı fəaliyyətə başladı

28-08-2010

APA-ya qarşı təxribata yol verilib

16-05-2022

Palmali Şirkətlər Qrupu rus dilində yeni xəbər saytı yaradıb

08-05-2009

Milli xəbər saytlarının statistik göstəriciləri

07-07-2009

“Trend”in 15 yaşı tamam oldu

04-10-2010

Gürcüstan azərbaycanlıları ilə bağlı yeni xəbər saytı yaradılıb

04-12-2010

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009

“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

03-10-2009

Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlayıb

27-10-2010

Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı Internet saytı təqdim edilib

19-02-2009

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

“Azərbaycanda “internet media” anlayışı öz əksini tapmayıb”

03-12-2009

Sputnik Azərbaycanda radioyayıma başlayıb

02-07-2015

TURAN informasiya agentliyi yeni kontentini açıb

18-04-2009

Azərbaycanda və dünyada ən reytinqli saytlar hansılardır?

14-12-2009

Kino Agentliyinin saytı təsis edilib

18-07-2023

«Royal Bank» veb-saytını yeniləyib

17-03-2009

Azərbaycan Beynəlxalq Bankı aviabiletlərin onlayn ödənişi üzrə xidmət göstərməyə başlayıb

07-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə