Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

07-11-2013 / 07:20
Ölkədə ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli təşkil olunacaq. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yaradılacaq modeldə bir sıra istiqamətlər üzrə işlər aparılacaq.

Ölkədə ilk dəfə olaraq reallaşacaq “Gənclər Hökuməti” modelinin əsas məqsədi Azərbaycanda gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi və “Azərbaycan-2020” mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir. Gənclərin İKT, “elektron hökumət”lə bağlı biliklərinin, məlumatlılığının artırılması da diqqət mərkəzində olacaq məsələlərdən biri hesab olunur.

 ARGTMŞ-ın mətbuat xidmətinin rəhbəri Sitarə Quliyeva bildirib ki, müxtəlif dövlət qurumları ilə gənclər arasında əməkdaşlığı artırmaq və onların bu qurumların fəaliyyətində yaxından iştirak etmələrini təmin etməkdə əsas vacib şərtlərdəndir. Həyata keçirilən layihə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərində yaşayan 14-29 yaş arası gəncləri əhatə edəcək.

Layihə çərçivəsində gənclərə dövlət qulluğu və qərar qəbuletmə ilə bağlı bir sıra təlimlər keçiriləcək. Layihə çərçivəsində həmçinin seçilmiş gənclər bir sıra dövlət qurumları və nazirliklərdə hökumət strukturları və qurumların iş fəaliyyəti ilə tanışlıq görüşlərində iştirak edəcək. Sonda “Gənclər Hökuməti” simulyasiya oyunu keçiriləcək. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə