Previous Next
Bağla

Elektron hökumətlə bağlı müsabiqə keçirilir

13-11-2017 10:16
Elektron hökumətlə bağlı müsabiqə keçirilir

Noyabrın 10-da “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib.

Xeberler.az-ın məlumatına görə, müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir.

Müsabiqə “Elektron hökumət” portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 4 nominasiya üzrə keçirilir.

  •  “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs;
  • “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fiziki şəxs;
  • Regionda yaşayan gənclər arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat;
  • Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif nominasiyası;

Müsabiqə üzrə sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.

Müsabiqəyə buradan qeydiyyatdan keçə bilərsiniz.

Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. 

Dekabrın 26-da keçiriləcək “Gənclər üçün Elektron Hökumət” konfransında müsabiqənin qalibləri elan ediləcək və təşkilatçı qurumların qiymətli hədiyyələri ilə təltif ediləcəklər.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

6 ay internetdən pulsuz istifadə imkanı-Müsabiqə

14-12-2017

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017

Nazirlik e-hökumətlə bağlı təlimlərə başladı

30-10-2017

Nazirlikdən qrant müsabiqəsinin qalibləri üçün yenilik

03-10-2017

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Elektron xidmətlərin sayı artır

27-07-2012

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017

“Elektron Təhsil” müsabiqəsi başladı

06-09-2017

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

“Elektron Təhsil” müsabiqəsi başlayır

01-09-2017

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017

Tələbələrə portal barədə məlumat verilib

02-03-2018

“Elektron hökumət” bülleteni üzrə jurnalistlər üçün brifinq keçirilir

10-02-2015

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

Bərdə və Tərtərdə e-hökumətlə bağlı seminar keçirilib-Foto

25-10-2016

Bölgələrdə “Elektron hökumət” mövzusunda seminarlar keçiriləcək

20-10-2016

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

İKT təlimlər başlayıb

26-10-2017

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə