Previous Next
Bağla

Nazirlik e-hökumətlə bağlı təlimlərə başladı

30-10-2017 16:47
Nazirlik e-hökumətlə bağlı təlimlərə başladı

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsinə başlanıb.

Xeberler.az-ın məlumatına görə, layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə həyata keçirilir.

3 ay ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlərin keçirilməsi, elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaq nəzərdə tutulmuşdur.

Ölkənin 13 regionunu əhatə edəcək təlimlərin keçirilməsində əsas məqsəd gənclərin və gənclər təşkilatlarının ən çox istifadə etdiyi e-xidmətlər üzrə biliklərinin artırılmasıdır. Təlimlərdə Gənclər Təşkilatları Milli Şurası və Gənc Sahibkarlar Şəbəkəsinin üzv təşkilatlarının və şəxslərin aktiv iştirakı gözlənilir.

Hər bir təlim qrupu 4 gündən ibarət olub 6 mövzunu əhatə edəcək:

-   www.e-gov.az portalı haqqında giriş;

-  E-imza istifadəsinin texniki və hüquqi aspektləri;

-  Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi e-xidməti;

-   Vergilər sahəsi üzrə e-xidmətlər;

-  Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə e-xidmətlər;

- Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.

Təlimlərdə iştirak edənlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçə bilərlər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017

Elektron hökumətlə bağlı müsabiqə keçirilir

13-11-2017

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

6 ay internetdən pulsuz istifadə imkanı-Müsabiqə

14-12-2017

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017

Nazirlikdən qrant müsabiqəsinin qalibləri üçün yenilik

03-10-2017

Elektron xidmətlərin sayı artır

27-07-2012

Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

31-03-2009

E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

18-05-2017

Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

07-11-2013

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başladı

29-10-2010

İKT təlimlər başlayıb

26-10-2017

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Tələbələrə portal barədə məlumat verilib

02-03-2018

E-xidmətlərlə bağlı növbəti ödənişsiz təlim

16-05-2017

Yeni Bloq – Yeni Media adlı sosial media layihəsinə start verilib

29-10-2019

Bərdə və Tərtərdə e-hökumətlə bağlı seminar keçirilib-Foto

25-10-2016

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə