Previous Next
Bağla

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015 15:37
Twitter-də Oyunlara dəstək olanlar  mükafatlandırılıb

İyunun 12-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində təşkilat tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək olaraq “twitter”də həyata keçirilən kampaniyanın mükafatlandırma mərasimi keçirilib.

Xəbərlər-in Azərtac-a istinadən verdiyi məlumata görə, “Creatweet” (“creative” – yaradıcı, “tweet” – tvit, “yaradıcı cavab”) adlı kampaniyanın mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak ediblər.

ARGTMŞ-ın sədri Şahin Seyidzadə çıxış edərək deyib ki, təşkilat tərəfindən irəli sürülən təşəbbüs “twitter”də Şuranın üzvü olan gənclər təşkilatlarının #Baku2015 haşteqi vasitəsi ilə Avropa Oyunlarına dəstəyini nümayiş etdirməkdən ibarətdir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyəti iştirakçıların diqqətinə çatdıran Ş.Seyidzadə bildirib ki, Avropa Oyunları ərəfəsində kampaniyanın iştirakçısı olan 43 nəfər tərəfindən #Baku2015 haşteqi ilə 46 min 653 tvit yazılıb. Kampaniya çərçivəsində yazılan tvitlər son 1 ayda bütün dünya üzrə #Baku2015 haşteqi ilə yazılan tvitlərin 34,74 faizini təşkil edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ARGTMŞ tərəfindən irəli sürülən təşəbbüsü yüksək qiymətləndirib. O, sosial şəbəkələr və onların alətlərindən istifadənin vacibliyini vurğulayıb. Nazir müavini, həmçinin Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyə hazır olduğunu bildirib və gənclər təşkilatlarını sosial şəbəkələrdə Avropa Oyunlarının timsalında Azərbaycanı təbliğ etməyə çağırıb.

Sonra rəsmilər tərəfindən kampaniyanın yüksək nəticə göstərmiş iştirakçılarının mükafatlandırılma mərasimi həyata keçirilib. Kampaniya iştirakçıları Aytac Hüseynli həvəsləndirici, Yalçın Abbasov 3-cü, Minacət Əliyeva 2-ci və Kənan Məmmədov 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, “Bakı 2015” birinci Avropa Oyunlarına onlayn dəstək məqsədi daşıyan kampaniya çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən “twitter” sosial şəbəkəsində sözügedən mövzuda twittlər yazılıb. Kampaniyanın sonunda trend olan, maraq doğuran “twitter”lər yazan iştirakçılar arasında qaliblər və fəallar müəyyən olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclər Azərkosmos-da olub

19-10-2015

Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

07-11-2013

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Azərbaycanın nəhəng elektron xəritəsi hazırlanır

02-06-2011

I Avropa Oyunları mövzusu Twitter-in Azərbaycan seqmentində necə əks olunub?

04-06-2015

Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

31-03-2009

Youth Speak Forum 2019 başa çatıb

25-06-2019

“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü

17-01-2024

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başladı

29-10-2010

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019

ABŞ-da Avropa Oyunlarının poçt markası hazırlanıb

09-06-2015

Nar ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik edib

03-02-2020

Sosial şəbəkədə ən çox bəyənilən fotoşəkil “Bakı 2015”-in qalibi seçiləcək

30-05-2015

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalləri ilə görüş keçirilib

17-01-2025

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017

“Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib

06-10-2009

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019

Avropa oyunları ilə bağlı xüsusi markalar dövriyyəyə buraxıldı

23-04-2015

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə