Previous Next
Bağla

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023 17:01
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması və aparılması nəzərdə tutulur.

Xeberler.az məlumat verir, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb.

Bundan başqa, Strategiyanın əhatə etdiyi dövr ərzində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:

- informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (o cümlədən süni intellektə əsaslanan texnologiyaların) işlənib hazırlanması üçün fəaliyyətin gücləndirilməsi;

- informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinin, insidentləri və kritik halları aşkarlama meyarlarının müəyyən edilməsinin və tətbiqinin təmin olunması;

- informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi, bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində startapların fəaliyyətinin genişləndirilməsi;

- informasiyalaşdırma obyektlərində, texniki xidmət və informasiya xidməti subyektlərində informasiya təhlükəsizliyini idarəetmə sistemlərinin (İTİS-lərin) formalaşdırılmasının, onların səmərəlilik səviyyələrinin ölçülməsinin təmin edilməsi;

- fərdi məlumatların mühafizəsinin gücləndirilməsi;

- İKT- xidmət subyektlərində fəaliyyətin təkmilləşdirilməsi;

- “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi;

- mediada, o cümlədən milli rəqəmsal efir məkanında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin davamlı təkmilləşdirilməsi;

- kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmini;

- fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini və onun idarə edilməsini təmin etmək üçün təşkilati əsasların yaradılması;

- kibercinayətkarlığa qarşı mübarizə, o cümlədən kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihətəcrübə işlərinin real tətbiqləri nəticəsində rəqabətədavamlı məhsulların işlənməsi və hazırlanması;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət üçün kompetensiya (bilik, bacarıq və səriştə) tələbatları, tədris və təlim proqramları, maarifləndirmə materialları bazasının formalaşdırılması və aktuallığının davamlı təmin olunması;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının və informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsinin təmin olunması;

- informasiya təhlükəsizliyi sahəsində ali təhsil almış məzunların ixtisası üzrə məşğulluq səviyyəsinin yüksəldilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ixtisaslaşan yeniyetmə və gənclərin təhdidlərdən mühafizəsinin təşkili;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və texniki normativ alətlərin öyrənilməsi, informasiya təhlükəsizliyi və əlaqəli sahələrə aid beynəlxalq mənbələrin praktiki tövsiyələrinin təşviqi;

- cəmiyyətdə geniş maarifləndirmə və məlumatlandırma nəticəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsinin təmin edilməsi;

- internetdən gələn qlobal təhdidlərdən, zərərli informasiyalardan və yaranan fəsadlardan uşaqların mühafizəsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə idarəetmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması;

- informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ölkədə tətbiqinin genişləndirilməsi, o cümlədən müxtəlif standartlaşdırma təşkilatlarının məhsullarından ölkəmizdə vahid yanaşma ilə uyğunlaşdırılmış formada istifadənin təmin olunması və İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartların davamlı təkmilləşdirilməsi;

- informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını təmin edən təhsil müəssisələrinin səmərəliliyinin artırılması, yeni təhsil mərkəzlərinin formalaşdırılması;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq şirkətlərlə birgə laboratoriyaların formalaşdırılması.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

28-08-2023

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025

ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

17-01-2025

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr mükafatlandırılıb

30-11-2024

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

03-08-2023

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə