Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015 13:16
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı" keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, konfrans  sabah  AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.

Tədbirin istiqamətlərinə "İnformasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri", "İnformasiya təhlükəsizliyinin sosial-psixoloji və kulturoloji problemləri", "İnformasiya təhlükəsizliyinin sosial-iqtisadi problemləri", "İnformasiya təhlükəsizliyinin beynəlxalq əməkdaşlıq problemləri", "Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri", "Media və informasiya təhlükəsizliyi problemləri", "Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri", "Dövlət sirri emal edilən kompüter sistemlərində informasiya təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyinin idarə edilməsi və koordinasiya problemləri" kimi mövzular daxildir.

Həmçinin konfransda "Müasir sosial-iqtisadi sistemlərin informasiya təhlükəsizliyi", "E-dövlətin informasiya təhlükəsizliyi problemləri", "E-imza və e-sənəd dövriyyəsi: hüquqi, təşkilati və texnoloji problemlər", "Milli kriptoqrafiya siyasətinin formalaşdırılması problemləri", "E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi", "İnformasiya təhlükəsizliyi texnologiyaları", "Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər", "İnformasiya müharibəsi texnologiyaları", "İnformasiya təhlükəsizliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri", "İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma", "Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi" də müzakirə olunacaq.
 
 Elmi-praktiki konfransın digər istiqamətlərinə , "Veb-sistemlərin təhlükəsizliyi", "Bulud texnologiyalarının təhlükəsizliyi", "Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri", "Biometrik informasiya texnologiyaları", "İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi", "İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri", "İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri" mövzuları daxildir.
 
Qeyd edək ki, elmi-praktik konfrans 17 may - İnformasiya Cəmiyyəti Gününə həsr olunur.
 
Artıq ənənə halını alan bu tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən İT mütəxəssisləri, bu sahədə çalışanların iştirakı gözlənilir. Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə beynəlxalq aləmdə aparılan elmi tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini bu sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

25-07-2023

İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq

13-01-2015

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016

İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün metodlar işlənilir

24-11-2015

“İnformasiya təhlükəsizliyi” jurnalının ikinci sayı çapdan çıxıb

04-11-2015

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015

Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar

02-02-2021

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30-11-2016

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

Rusiya və Çin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

13-05-2015

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb

01-08-2023

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə