Previous Next
Bağla

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023 17:04
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında, xüsusən də kritik informasiya infrastrukturlarında təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Xeberler.az məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb.

Bundan başqa, Strategiya məqsədlərinə aşağıdakılar daxildir:

- informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərə qarşı hazırlığın gücləndirilməsi;

- informasiya məkanında və kritik informasiya infrastrukturlarında informasiya təhlükəsizliyi struktur vahidlərinin, “CERT” şəbəkələrinin və onlar arasında qarşılıqlı fəaliyyətin davamlı təkmilləşdirilməsi;

- informasiya təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik sənayesinin formalaşdırılması, informasiya mühafizəsi texnologiyaları sahəsində xaricdən birbaşa asılılığın minimallaşdırılması, nəzarətdə saxlanılması, proqram mühəndisliyinin və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində innovativ həllərin və startapların təşviqi, onların dəstəklənməsi, yeni məhsul və xidmətlərin yaradılması;

- ölkənin informasiya infrastrukturlarında risklərin, xidmətlərin, insidentlərin idarə edilməsi üçün tələb olunan əsas tədbirlərin müəyyən edilməsində sistemliliyin təmin olunması, standartların və qabaqcıl təcrübənin tətbiqi, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və bu səviyyənin ölçmə modelinin müəyyənləşdirilməsi;

- informasiya sızması, o cümlədən fərdi məlumatların mühafizəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi;

- İKT-məhsulların həyat tsiklinin optimal idarə edilməsinin, izafiliyinin minimallaşdırılmasının və adekvatlığının obyektiv qiymətləndirilməsinin təmin olunması;

- “ağıllı” sistemlərin yaradılmasına, tətbiqinə və utilizasiyasına metodiki və təhlükəsizlik dəstəyi göstərilməsi;

- milli rəqəmsal efir məkanının kibertəhlükəsizliyinin təmin edilməsi;

- kritik informasiya infrastrukturları obyektlərinin təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi;

- kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin, onların idarəetmə səviyyələrinin risklərə adekvat yüksəldilməsi;

- kibercinayətkarlığa qarşı mübarizənin və mübarizə səviyyəsinin mütəmadi qiymətləndirilməsinin adekvatlığının təmin edilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihətəcrübə işlərinin aparılmasına davamlı təşkilati dəstək verilməsinin təmin olunması;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə fəaliyyət sahəsi barədə məlumatların təhlükəsizlik xassələrinin təmin olunması, müvafiq kadrların hazırlanması üçün obyektiv informasiya ilə təmin edilməsi;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadrların hazırlanmasına və idarə olunmasına aid planlaşdırma, icra və nəzarət işlərinin optimallığının təmin olunması;

- təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına dair əməkdaşlığın genişləndirilməsinin təşkili;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi, ölkə xaricinə “beyin axını”nın qarşısının alınması;

- informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin normativ əsasının aktuallığının təmin edilməsi;

- İKT-məhsulları və xidmətləri bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması, həmçinin sifariş, istehsal, təchizat tərəflərinin qanuni maraqlarını qorumaq üçün tədbirlər görülməsi;

- cəmiyyətdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinə dair zəruri biliklərin, bacarıqların artırılmasına və təbliğinə dəstək verilməsi;

- uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsinə, tövsiyələrin işlənilməsinə təşkilati dəstək verilməsi;

- dövlət, özəl və vətəndaş cəmiyyəti institutları və bu institutların subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;

- milli informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ilə beynəlxalq informasiya təhlükəsizliyi arasında inteqrasiya əlaqələrinin təmin olunması;

- informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, sahə üzrə hüquqi bazanın təkmilləşdirilməsi;

- informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ölkədə geniş tətbiq olunmasına təşkilati və metodiki dəstək verilməsi, o cümlədən müxtəlif standartlaşdırma təşkilatlarının ölkəmizdə istifadə olunan məhsullarının uyğunluq baxımından vahid yanaşma ilə icmallaşdırılması və İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartların formalaşdırılması;

- informasiya təhlükəsiziliyi üzrə kadr hazırlığı üçün müasir təhsil müəssisələrinin və laboratoriyalarının formalaşdırılması.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

28-08-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022

ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

17-01-2025

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə