Previous Next
Bağla

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022 12:37
Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlayır.

Xeberler.az bildirir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Bu xüsusi, ayrıca istiqamət olacaq. Mərkəzi Bank maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində minimum tələbləri təmin edərək sektorun təhlükəsiz və davamlı çalışmasını gözləyir”, - T.Kazımov qeyd edib.

AMB-nin Baş direktoru Fərid Osmanov isə bildirib ki, kibertəhlükəsizlik qurumun diqqət mərkəzindədir: "Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qaydalar var. Bu istiqamətdə monitorinqlər həyata keçiririk. IFC ilə birlikdə hazırlanan strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edəcək".

Xatırladaq ki, Dünya Bankı Qrupunun üzvü olan IFC, fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı ilə 2020-ci ilin avqust ayında müqavilə imzalayıb. IFC Mərkəzi Bank ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyir. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyir və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

Taleh Kazımov: Bu il 9 ay ərzində mobil bankçılıqda əməliyyatların həcmi 2.4 dəfə artaraq 18.5 milyard manat olub

26-10-2023
“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020
AMB və ETX əməkdaşlığı gücləndirir

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025
Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023
Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

22-10-2025
Banklar üçün kibertəhlükəsizliklə bağlı platforma yaradıla bilər

Banklar üçün kibertəhlükəsizliklə bağlı platforma yaradıla bilər

09-12-2021
AMB-də media nümayəndələri üçün təlim keçirilib

AMB-də media nümayəndələri üçün təlim keçirilib

13-07-2026
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020
AMB Özbəkistanda maliyyə sektorunda rəqəmsal transformasiyanı müzakirə edib

AMB Özbəkistanda maliyyə sektorunda rəqəmsal transformasiyanı müzakirə edib

01-07-2026
Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025
"Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

"Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

26-02-2026
Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017
"Bank of New York Mellon"la maliyyə bazarında süni intellektin tətbiqi müzakirə edib

"Bank of New York Mellon"la maliyyə bazarında süni intellektin tətbiqi müzakirə edib

02-09-2025
AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"

AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"

13-04-2023
Mərkəzi Bank rəqəmsal yetkinlik indeksi hazırlayır

Mərkəzi Bank rəqəmsal yetkinlik indeksi hazırlayır

29-06-2026
AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022
AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

09-06-2026
Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

23-10-2024
Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

28-10-2019
Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019
Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur

Mərkəzi Bankının nəzdində innovativ hab yaradılması təklif olunur

14-02-2025
AMB rəqəmsal oğurluq hallarına qarşı tədbirlər həyata keçirəcək

AMB rəqəmsal oğurluq hallarına qarşı tədbirlər həyata keçirəcək

22-01-2025
“Kapital Bank” “Birbank”ın təhlükəsizliyi ilə bağlı yeniliklər edəcək

“Kapital Bank” “Birbank”ın təhlükəsizliyi ilə bağlı yeniliklər edəcək

19-12-2024
“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə