Previous Next
Bağla

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020 13:25
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Xeberler.az bildirir ki, sammitin mövzusu “Bankçılıq və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” olacaq. Tədbir “Visa”nın tərəfdaşlığı, ABA, Azərbaycan Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı, maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir. Sammit müvafiq dövlət orqanlarının, maliyyə və bankçılıq üzrə tənzimləyici orqanların baş icraçı direktorları və menecmentini, kommersiya banklarının və maliyyə texnologiyaları şirkətlərinin yuxarı menecmentini, kommersiya və ictimai təşkilatlarının menecerlərini, digər qərarverici və təsiredici şəxsləri, bir sıra beynəlxalq maliyyə institutları və yerli səfirliklərin nümayəndələrini, akademikləri, maliyyə və bankçılıq məhsulları və xidmətləri təklif edən qabaqcıl şirkətləri və digər maraqlı tərəfləri bir araya toplayır.

Sammit çərçivəsində “Maliyyə və rəqəmsal texnologiyalar günləri” elan ediləcək və müxtəlif tədbirlər (görüşlər, seminarlar, müsabiqələr və s.) də keçiriləcək. Əsas mövzuları “Banklar və Fintex: inkişaf edən münasibətlər”, “Ödənişlər və bank xidmətləri”, “Bankların elektron ticarətdə meydana çıxan rolu”, “Robotexnikaya keçid”, “Hüquqi çərçivə”, “Kiber təhdidlər və təhlükəsizlik”, “Pərakəndə bankçılıq: daha güclü” “Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri”, “Kriptosistem”, “Ağıllı bank texnologiyaları”, “Maliyyə xidmətlərində trendlər”, “Müştəri mərkəzli dünya (müştəri mərkəzlilik)” olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

16-06-2022

Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək

10-06-2023

Bakıda “FİNTEX SAMMIT 2020” keçiriləcək

20-08-2020

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025

Bakıda növbəti "Fintech Summit" keçiriləcək

27-03-2023

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Palatada elektron bankçılıq xidmətləri sahəsində tədbir keçirilib

30-04-2019

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

Rəqəmsal bankçılıq üzrə xarici ekspertlər Bakıya gəlir

08-11-2017

Bakıda növbəti Fintex Sammiti başlayıb

15-05-2024

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

28-10-2019

Bakıda "Fintech Summit" keçiriləcək

13-06-2022

“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025

“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

15-03-2022

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025

Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

21-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə