Azərbaycan Mərkəzi Bankı (AMB) Özbəkistanda maliyyə sektorunda rəqəmsal transformasiyasını müzakirə edib.
Xeberler.az AMB-yə istinadən məlumat verir ki, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində Özbəkistan Mərkəzi Bankının təşkil etdiyi "Pul siyasəti dialoqu – 2026" forumunda iştirak edib.
"Qlobal dəyişkənlik və rəqəmsallaşma dalğası şəraitində pul siyasəti" mövzusuna həsr olunmuş forum çərçivəsində sektorun rəqəmsal transformasiyası, süni intellekt və maşın öyrənməsinin makroiqtisadi təhlil, inflyasiyanın proqnozlaşdırılması, bank nəzarəti və ödəniş infrastrukturunun inkişafı sahələrində tətbiqi perspektivləri müzakirə olunub. Eyni zamanda, yeni texnologiyaların tətbiqinin güclü əməliyyat dayanıqlılığı, kibertəhlükəsizlik və səmərəli risk idarəetmə mexanizmləri ilə müşayiət edilməsinin vacibliyi vurğulanıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları